“Altın Kelebek”in azərbaycanlı namizədləri - Röya yenə gedir...

“Altın Kelebek”in azərbaycanlı namizədləri - Röya yenə gedir...

46-cı "Altın Kelebek" mükafatlarının azərbaycanlı namizədlərinin adları bəlli olub.

Sfera.az axşam.az-a istinadən bildirir ki, bu dəfə "Altın kelebek" üçün 10 azərbaycanlı məşhur mübarizə aparacaq.

Ötən illərdən fərqli olaraq, Azərbaycan bu il iki kateqoriyada mükafat alacaq. Bunlardan biri müğənnilərə, digəri isə aktrisalara veriləcək.

Bir dəfə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə qalib olan Əməkdar artist Röya Ayxan bu dəfə də mübarizəyə qoşulacaq. Onunla birgə yarışanlar sırasında qadınlardan müğənnilər Sevda Yahyayeva, Nura Suri, kişilərdən isə Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, Elçin Cəfərov da var.

"Ən yaxşı aktrisa" nominasiyası üzrə isə aktrisalar Pərvin Abıyeva, Oksana Rəsulova və Kəmalə Piriyeva yarışacaq.

Qeyd edək ki, noyabrın 16-sı "Altın kelebek"in siması Ebru Şahin Bakıya gələcək. Təşkil edilən tədbirlə namizədlərin adı bəlli olacaq. Bu il namizədlərin konserti planlaşdırılmır.

Onu da bildirək ki, indiyədək Azərbaycan mükafatlandırma gecəsində iki dəfə iştirak edib. "Altın kelebek"i Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan qazanıb.



OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...