Türkiyədə miqrantların gəmisi batdı: 1 uşaq öldü, digəri itkin düşdü

Hadisə
15:07 / 14.10.2019
1635
Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu sahillərində qanunsuz miqrantları daşıyan gəmi batıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, göyərtədə olan 35 nəfərdən 33-nün həyatını xilas etmək mümkün olub.
Hadisə nəticəsində bir uşaq ölüb. Başqa bir azyaşlı isə sulara qərq olduğundan onun axtarışları istiqamətində tədbirlər görülür.