Pakistan-Əfqanıstan sərhədində zəlzələ oldu

Hadisə
12:26 / 14.10.2019
1522
Əfqanıstanın Pakistanla sərhədinin yaxınlığında yerləşən Bədəşxan əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.
Sfera.az trend-ə istinadən bildirir ki, bu barədə Pakistanın Seysmik Fəallığın Milli Monitorinq Mərkəzindən bildiriblər.
Məlumata əsasən, yeraltı təkanların ocağı 157 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.