Filadelfiyada atışma: yaralananlar var

Hadisə
10:08 / 14.10.2019
1426
ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) atışma baş verib.
Sfera.az xəbər verir ki, trend-in "NBC 10 Philadelphia" telekanalına istinadən verdiyi məlumata görə, naməlum şəxs şəhərin şimalında insanlara atəş açıb.
Silahlı insident nəticəsində 6 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanları yaralananların vəziyyəti barədə məlumat vermirlər. Atəş açan şəxs hələ ki saxlanılmayıb.