Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir

Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir.

Sfera.az xəbər verir ki, bu sözləri lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu ilin yanavar-avqust aylarında idxalın iki dəfə artması da məhz köhnə avtomobillərin tədricən istismardan çıxması ilə bağlıdır:

"İdxalın artmasının əsas səbəbi köhnə maşınların tezliklə sıradan çıxarılmasının gündəmdə olmasıdır. Çünki artıq bunula bağlı Prezident İlham Əliyev tərəfindən 5 illik dövlət proqram da təsdiqlənib. Buna əsasən yaxın vaxtlarda bu utilizasiya proqramı həyata keçiriləcək.

Artıq insanlar da başa düşürlər ki, köhnə maşınlardan yaxa qurtarmaq lazımdır. Qeyd etmək istəyirəm ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı artıb. Çünki bəzi taksi şirkətləri öz fəaliyyətini genişləndirir. Turistlər çox gəldikcə, artan tələbatı qarşılamaq üçün sərnişindaşıma şirkətləri mikroavtobusların sayını artırır.

Bu səbəbdən də taksi şirkətləri üçün nisbətən ucuz və təzə maşınların alınmasına üstünlük verilir. Məsələn, Çin və Koreya istehsalı olan avtomobillərə taksi şirkətləri daha çox üstünlük verirlər. Mühərrikin həcmi az, ancaq təzə olduğu üçün insanlar artıq onlara keçid edirlər. İdxaldakı artım bunlarla bağlıdır.

Avtomobil idxalındakı artımlara hibrid və elektromobillərin idxalının da təsir edəcəyi gözlənilir. Bunun üçün gömrük rüsumlarına baxmaq lazımdır ki, o tipli avtomobillərin sayı artırılsın. Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar digərlərindən fərqlənmədiyi üçün o avtomobillər az gətirilir".

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində ölkəyə 26 695 avtomobil gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur. Gətirilənlərin 24 088-i minik avtomobilidir. Bu rəqəm də 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə iki dəfə çoxdur. İdxal məbləğinə gəldikdə, həm avtomobillər, həm də ehtiyat hissələri üçün sərf olunan pul 749.131 milyon manatdır. Bu isə ötən ilin anoloji dövrünə nisbətən 35.3 faiz çoxdur.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...