Bakıda keçiriləcək Olimpiadanın vaxtı dəyişdirildi

Bakıda keçiriləcək Olimpiadanın vaxtı dəyişdirildi

Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib.

Sfera.az apasport.az-a istinadən bildirir ki, ölkəmizdə ilk dəfə təşkil olunacaq yarış nəzərdə tutulduğu tarixdən tez başlayacaq.

Belə ki, Olimpiadanın paytaxtımızda sentyabrın 14-30-da baş tutması planlaşdırılırdı. Lakin ölkəmizdə sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə bağlı turnir irəli çəkilib. FİDE-nin yeni qərarına əsasən, yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Bakıda təşkil olunacaq FİDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək.


OXŞAR XƏBƏRLƏR