Seçki vasitəsilə ölkəni kim(lər) qarışdıra bilər? – MSK sədrinin xəbərdarlığına reaksiya

Seçki vasitəsilə ölkəni kim(lər) qarışdıra bilər? – MSK sədrinin xəbərdarlığına reaksiya
 

"Seçki vasitəsilə ölkəyə müdaxilə qarşıdurma yaratmaq üçün seçkinin nəticələrinin tanınmaması, prosesi boykot və beynəlxalq təşkilatlara müraciət etmək, ölkə daxilində mitinqlər təşkil etmək, rayonları ayağa qaldırmaq kimi cəhdlər vasitəsilə həyata keçirilə bilər”.


Sfera.az-a açıqlamasında bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun dairə seçki komissiyası sədrlərini ölkəyə"seçki vasitəsilə müdaxilə cəhdi” edilə biləcəyi barədə xəbərdarlıq etməsinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:

 

"Parlament və hətta bələdiyyə seçkilərində hər cür provakasiya ola bilər. Azərbaycan hazırda özünün mövqeyinə görə siyasi təzyiq altındadır. Qərbin də tələbləri var, şimal qonşumuzun da, hələ üstəlik cənub qonşumuzun da. Azərbaycanın balanslı siyasət yürütməkdə davam etdiyini nəzərə alsaq, seçki vasitəsilə ölkəmizə müdaxilə edilməsi halı da istisna olunmur. Bələdiyyə seçkilərində də bunu edə bilərlər. Bir sıra partiya nümayəndələri seçkilərin düzgün keçirilmədiyi barədə məsələni qaldırmaqla vəziyyəti qarışdırmağa cəhd edə bilər. Təəssüf ki, həm ölkə daxilində, həm iqtidarda, həm müxalifətdə, həm də xaricdə Azərbaycanda vəziyyəti qarışdırmaq istəyən qüvvələr var. Hərənin öz marağı var”.


C. Nuriyev bildirdi ki, Azərbaycan çox həssas və ağır dönəmdə yaşayır: "Bu səbəbdən hər birimiz ehtiyatlı olmalıyıq. Ona görə MSK sədri Məzahir Pənahov düz deyir. Seçki vasitəsilə ölkəyə müdaxilə qarşıdurma yaratmaq üçün seçkinin nəticələrinin tanınmaması, prosesi boykot və beynəlxalq təşkilatlara müraciət etmək, ölkə daxilində mitinqlər təşkil etmək, rayonları ayağa qaldırmaq kimi cəhdlər vasitəsilə həyata keçirilə bilər. Hər şey bir qığılcıma bənd ola bilər”.

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Kamal Səfərov da həbs edildi

Yekaterinburqun Leninski Rayon Məhkəməsi iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində qəra...

Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi “Korovka iz Korenovki” brendi ilə məhsul istehsal edən Rusiyanın “Əsl Dondurma Zavodu”nun do...

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...