Prezidentin təyyarəsi radardan itdi

Dünya
13:55 / 11.10.2019
2050
Konqo Demokratik Respublikasında ölkə prezidenti Feliks Çisekediyə məxsus "An-72” xidməti təyyarə radarlardan itib.
Sfera.az bildirir ki, olay təyyarə Konqonun Qoma hava limanından Kinşasu şəhəri istiqamətində uçarkən baş verib.
Təyyarənin göyərtəsində 8 nəfər - ekipaj üzvü və 4 sərnişin olub. Dövlət başçısının isə təyyarədə olmadığı bildirilir.
Hazırda ölkənin Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatı keçirir.