Yaxşı olardı ki, Ermənistan bu məsələni müzakirəyə çıxarsın - İcma rəhbəri

Yaxşı olardı ki, Ermənistan bu məsələni müzakirəyə çıxarsın - İcma rəhbəri

Ermənistan mediasının yaydığı məlumata görə, 11 oktyabr 2019-cu il tarixində Azərbaycanın işğal altında olan ərazilərində "Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları" adlı forumun keçirilməsi planlaşdırılır. Məlumatda bildirilir ki, forumun əsas məruzəçiləri Azərbaycanın işğal altında olan ərazilərində yaradılan xunta rejiminin nümayəndələri olacaq və orada əsasən iki qondarma mövzu "artsax xalqının öz müqəddaratını təyin etmək hüququ" və "münaqişənin sülh yolu ilə tənzimlənməsi və artsaxın beynəlxalq əlaqələrinin artırılması imkanları" müzakirə olunacaq.

Sfera.az trend-ə istinadən xəbər verir ki, bu barədə"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev bəyanat yayıb.

Bəyanatda bildirilir: "Ədalət hissindən uzaq, özünün destruktiv mövqeyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə əngəl olan rəsmi İrəvanın "ədalət və sülh naminə əməkdaşlıq"dan danışmağa nə dərəcədə haqqı çatır? Ermənistan "sülh naminə əməkdaşlıq" məsələlərinə hansı töhfələr verib? Yaxşı olardı ki, Ermənistan ədalətdən yox, özünün ədalətsizliyindən, "sülh naminə əməkdaşlıq"ı deyil, bu əməkdaşlığa vurduğu zərbələri müzakirələrə çıxarardı. Onda dünya Ermənistanın səmimiliyinə daha çox inanacaqdı.

"Mən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bəyan edirəm ki, işğal altında olan ərazilərimizdə belə bir qondarma forumun keçirilməsi Ermənistanın və xunta rejiminin özünün işğalçılıq əməllərini legitimləşdirmək məqsədi güdür. Həmcinin "artsax əhalisinin öz müqəddaratını təyinetmə hüququ" gülüncdür. Bu forum Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlıları qətlə yetirərək, etnik təmizləmə aparan Ermənistanın "öz müqəddəratını təyin etmək prinsipi" adı altında növbəti oyunudur. Forum, ədalət və sülh naminə əməkdaşlığa deyil, işğala və etnik təmizləməyə bəraət qazandırılmasına xidmət edir.


OXŞAR XƏBƏRLƏR

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsin...

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Yeni hakimlər kollektivə təqdim olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk,...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...