Əli Kərimlinin Tofiq Yaqublu vasitəsilə “Müsavat”ı dağıtmaq planı...

Əli Kərimlinin Tofiq Yaqublu vasitəsilə “Müsavat”ı dağıtmaq planı...
 

Sirr deyil ki, AXCP sədri Əli Kərimlinin xəmiri şantajla yoğrulub və o, partiyada özünə qarşı çıxan istənilən tərəfi hər zaman şantajla hədələyib.

Biz bunları onun müavinləri, tərəfdarları cəbhə sıralarından çıxdıqları zamanlarda çox görüb, şahidi olmuşuq.

Qeyd etmək lazımdır ki, xalqına xidmətdən uzaq düşmüş, kənardan kənara xarici havadarlarının maraqlarına xidmət edən Əli Kərimli necə iflasa uğrayacaq?

"Siyasi fəaliyyəti" xəyanətlərlə, satqınlıqlarla, ikiüzlülüklərlə və bu qəbildən başqa-başqa "məziyyətlər"lə bol olan AXCP sədri Ə.Kərimlinin kimliyi hər zaman Azərbaycan cəmiyyətinə bəlli olub. Artıq ona inanan və etibar edənlər də yavaş-yavaş Kərimlinin əsl simasını görürlər.

Əli Kərimli kimi "xalqa saxta xidmət” şüarından istifadə edib xarici qüvvələrin marağını qazanmaq cəhdi özünün əksinə yönələn bir prosessdir. Buna hər birimiz şahidik.

Radikal müxalifətin siyasi oyunbazlığı xalqımızın diqqət mərkəzindədir.

 

Əlavə olaraq qeyd etmək lazımdır ki, bir neçə gündən sonra "Müsavat” partiyasına başqan seçiləcək. Əli Kərimlinin əqidəsizliyi burada da üzə çıxdı. "Müsavat” partiyası başqanlığa namizəd olan Tofiq Yaqublunun çirkin yolla partiya sədri etmək cəhdi buna bariz nümunədir.

AXCP – nin 8 oktyabr piketi nələri ortaya çıxartdı? Əli Kərimlinin özü o yığıncaqda yox idi. Oğlu xaricdə eyş-işrət içində yaşayır.

Bəzi gənclərin beynini zəhərləməyə cəhd edən Ə.Kərimli birbaşa cəmiyyətə qarşı dağıdıcı mövqedə durub. Onun əsas məqsədi daxili sabitliyi pozmaq, bu çirkin işinə xarici qüvvələrin maliyyəsi hesabına yaşayan Sevinc Osmanqızını , Orduxan Teymurxanı, Vidadi İsgəndərlini, Məhəmməd Mirzəlini daha da aktivləşdirib cəmiyyətə yamamaq istəyir.

Sonda bir sual edilir ki, Əli Kərimli kimi xalqa xidmətdən uzaq düşmüş insanların son taleləri necə olur? Bir anlıq tarixi vərəqləmək kifayətdir. Biz faktiki yaşadığımız inkişafa göz yumub xəyallardan danışan bir tipin nəyindən danışaq? Hesab edirəm ki, kifayətdir. (Trend)


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...