Azərbaycan BMT-nin malların beynəlxalq alqı-satqısına dair Konvensiyasına qoşuldu
19:42 / 16.02.2016
2498
Prezident İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası"na qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış "Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası"na müvafiq bəyanatla qoşulur.