ABŞ konqresmenlərinin Qarabağ səfərinə sərt reaksiya: “Həmin vertolyotlar vurulsun…”

ABŞ konqresmenlərinin Qarabağ səfərinə sərt reaksiya: “Həmin vertolyotlar vurulsun…”


"Təəssüf ki, Azərbaycanın müdafiə naziri hələ də bu hüququmuzdan istifadə etmək istəmir”.


Sfera.az-a açıqlamasında bu sözləri ABŞ Nümayəndələr Palatasının iki konqresmeni Cudi Çu və Ceki Spayerin Ermənistanın hərbi vertolyotunda

Azərbaycanın işğal altındakı ərazisinə qanunsuz səfər etmələrinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:


"Azərbaycan Xarici İşlər Nazirliyi qanunsuz olaraq işğal olunmuş ərazilərimizə səfər edənləri "qara sıyahı”ya salmaqdan başqa onlara münasibətdə heç nə edə bilmir. Nəticədə xarici ölkələrin yüksək çinli nümayəndələrinin bu istiqamətdə həyasızlığı hələ də davam edir. Azərbaycanın hüququ var ki, qanunsuz olaraq ərazisinə daxil olanları tuta bilmirsə, ən azı məhv etsin. Təəssüf ki, Azərbaycanın müdafiə naziri hələ də bu hüququmuzdan istifadə etmək istəmir. Hər halda onların da bir bildiyi var”.


C. Nuriyev bildirdi ki, sərhədimizi qanunsuz pozan hərbi və digər vertolyotlar vurulsa, bu digərləri üçün də dərs olar: "Demirəm ki, elə konkret amerikalılar vurulsun, amma ən azından Ermənistandan ərazimizə doğru uçan həmin vertolyotlardan biri vurulsa, bu Azərbaycan sərhədini pozan digər insanlara da dərs olar. ABŞ, Fransa və digər ölkələrdən gəlib qanunsuz olaraq sərhədimizi pozanların vurulması ölkəmiz üçün sözsüz ki, ciddi problemlər yarada bilər”.

 

Politoloqun fikrincə, belə qanunsuzluğa yol verən Paşinyanın vurulması isə Azərbaycana siyasi və hərbi divident gətirəcək: "Ermənilərin, hətta tez-tez Qarabağa qanunsuz səfərlər edən Paşinyanın da bu müstəvidə məhv edilməsi əksinə, Azərbaycana siyasi və hərbi divident gətirər. Sərhədi pozduğu halda, dəxli yoxdur, Paşinyan da vurulmalıdır.Onda Azərbaycanla hesablaşacaq və sərhədimizi pozmaq istəyən bütün digər dövlətlərin nümayəndələri öz yerini biləcəklər. El arasında olan misala görə, "evin köpəyi yatağan olanda, tülkü də hində yatar”. Azərbaycan nə qədər ki, bu məsələdə tolerantlıq nümayiş etdirir, bizə bəla gətirəcək. Burada artıq tolerantlıqdan, humanizmdən söhbət gedə bilməz. Əsasnamədə, qanunda var ki, dövlət sərhədini pozan vurulmalıdır, vurun da!

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...