“Milan”ın yeni baş məşqçisi müəyyənləşib
14:57 / 09.10.2019
1367
İtaliyanın "Milan” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sfera.az bildirir ki, bu posta Stefano Pioli təyin olunub.
O, istefaya göndərilən Marko Campaolonu əvəzləyib. Yeni baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.
Anlaşmanın maliyyə tərəfi rəsmən açıqlanmır. Lakin İtaliya KİV-inin iddiasına görə S.Pioli ildə 1,5 milyon avro qazanacaq.
Qeyd edək ki, 53 yaşlı mütəxəssis əvvəllər "İnter”, "Latsio”, "Bolonya”, "Parma”, "Kyevo”, "Palermo”, "Sassuolo” və "Fiorentina”da çalışıb.