Hüseynin kortejlə avtoşluğuna görə həbslər başladı - VİDEO

Hüseynin kortejlə avtoşluğuna görə həbslər başladı - VİDEO

Samara vilayətinin qubernatoru Dmitri Azarov oktyabrın 6-sı, gecə saatlarında kortejlə avtoşluq edən azərbaycanlı blogger Hüseyn Həsənovla dostlarının sərt şəkildə cəzalandırılmasını, məsuliyyətə cəlb edilməsini tələb edib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, qubernator bildirib ki, bu cür nümayiş aksiyaları yeniyetmələri oxşar hərəkətləri davam etdirməyə təhrik edir. O, yarışda iştirak edən avtomobillərin qeydiyyat nömrələrinin müəyyənləşdirildiyini qeyd edib.

Bu məqamda bildirək ki, yol polisi əməkdaşları sosial şəbəkələrdə yayılmış qeydləri araşdıraraq, 6 oktyabr saat 3:45-dən 3:50-dək 12 avtomobildən ibarət kortejin Voljskiy prospektində yol hərəkəti qaydalarını pozduğu qənaətinə gəliblər. 11 avtomobil Sankt-Peterburq şəhər sakini, 1994-cü il təvəllüdlü Hüseyn Həsənova məxsus "Gelandewagen" markalı maşını izləyib.

Rusiya Daxili İşlər Nazirliyinin Samara bölgəsindəki Baş İdarəsinin Mətbuat xidmətindən bildirilib ki, qayda pozanlar barəsində inzibati işlər açılıb. Onlardan 4-ü artıq cinayət məsuliyyətinə cəlb olunub.

Bölgənin yol polisinin rəhbəri Yuri Nekrasov digər sürücülərin də kimliyinin müəyyənləşdirilərək onların da məsuliyyətə cəlb ediləcəyini vəd edib.



OXŞAR XƏBƏRLƏR

Bakıda qadın aliment ödəməyən keçmiş ərini yaba ilə döydü

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəs...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...

Prezidenti Xankəndidə Sultan Əhməd Əl-Cabiri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl...

Milli Məclisin sədrindən deputata: "Zarafatınız yaraşmadı..."

"Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaş alanda onlardır".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilın  növ...