Murad Dadaşov ağır xəstəlikdən əziyyət çəkir - "O cihaz olmasa, yuxuda keçinə bilərəm"

Murad Dadaşov ağır xəstəlikdən əziyyət çəkir -

Xalq artisti Murad Dadaşov 10.000 insanda bir rast gəlinən və müalicəsi çətin olan xəstəlikdən əziyyət çəkir. 

Sfera.az medicina.az-a istinadən bildirir ki, o, bu barədə ilk dəfə Murad Arifin verilişində olarkən danışıb.

Xroniki yuxusuzluqdan əziyyət çəkən xalq artisti həkimlərin tövsiyəsi ilə yatanda xüsusi cihazla yatır. Aparıcının bu xəstəliyinin adı tibbdə Apnoe adlanır. 

"Çox ciddi xəstəlikdir, insan yuxuda oyanmadan və bilmədən keçinə bilər. Xortumlu bir cihaz var, onu taxmasam, yata bilmərəm. Artıq bir müddətdir bu cihazla yatıram. Həkimdən soruşuram ki, mən bunu neçə il taxmalıyam. Deyir ki, 6-7 il. Dedim ki, necə?! 6-7 il bununla yatmalıyam?! O, mənə bir cavab verdi: "Siz niyə fikirləşirsiz ki, 6-7 il yaşayacaqsız?" Düşünün ki, yəni bu dərəcədə. Sanki, başıma qaynar su tökdülər. Müalicəsi də çətindir, demək olar, yoxdur".
Apnoe yuxuda tənəffüsün bir dəqiqədən artıq dayanması kimi xarakterizə olunur. Yuxuda tənəffüs ani olaraq bir müddət durur, xəstə böyük çətinliklə nəfəs almağa çalışır. Əgər vaxtında yardım olunmazsa, ölür. Xəstəni qorumaq üçün xüsusi cihaz burnuna taxılır və nəfəs tənzimlənir.

OXŞAR XƏBƏRLƏR

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...