Yaşca özündən kiçik kişilərlə ailə quran, sevgili olan xanım MƏŞHURLARIMIZ - 5 YAŞDAN 17 YAŞADƏK...

Yaşca özündən kiçik kişilərlə ailə quran, sevgili olan xanım MƏŞHURLARIMIZ - 5 YAŞDAN 17 YAŞADƏK...
Sənətdə olan məşhurların sənətləri qədər münasibətləri, evlilikləri də hər zaman maraq dairəsində olub. Əsasən də xanım sənətçilər münasibətdə olduğu insanlarla tez-tez gündəmə gəlirlər. Əgər bu münasibətdə xanım tərəf yaşca böykdürsə, deməli, marağın daha böyük olmaq ehtimalı yüksəkdir.

Sfera.az "ölkə.az"a istinadən yaşca özündən kiçik bəylərlə münasibəti (evlilik, sevgililik, vətəndaş nikahı və sair) olan məşhur xanımlarla bağlı kiçik araşdırmanı təqdim edir. 

Azərbaycan xalq artisti Leyla Şıxlinskaya dörd dəfə ailəli olub. Onun həyat yoldaşlarından birinin Şıxlinskayadan yaşca kiçik olduğu bildirilir. 

Картинки по запросу Leyla Şıxlinskaya

Əməkda artist Ruhəngiz Musəvi öz həyat yoldaşından 12 yaş böyük olub. Sənətçi bir müddət öncə mətbuata verdiyi açıqlamada sözügedən şəxsdən ayrıldığını bildirib.

Картинки по запросу Ruhəngiz Musəvi

Xalq artisti Aygün Kazımova uzun illər münasibətdə olduğu duet ortağı Namiq Qaraçuxurludan 7 yaş böyük olub. 

Картинки по запросу aygün kazımova

Əməkdar artist Nüşabə Ələsgərli Rza adlı İran əsilli həyat yoldaşından 7 yaş  yaşca böyükdür.

Картинки по запросу nüşabə ələsgərli vikipediya

Telli Borçalı haqqında bir müddət öncə yayılan xəbərlərdə onun özündən 17 yaş kiçik sənətçiylə münasibətdə olduğu qeyd edilirdi.

Hətta o, bu məlumatı yayan jurnalistlə bağlı məhkəməyə müraciət etsə də, iddiası rədd edilmişdi.

Картинки по запросу telli borçalı evli  

46 yaşlı aktrisa Naina İbrahimova da yoldaşından yaşca böyük olan məşhurların sırasındadır.

Картинки по запросу naina ibrahimova kimdir 

Əməkdar artist, rəqqasə Məryəm Süleymanova ailə qurduğu şəxsdən 12 yaş böyükdür. 

Картинки по запросу rəqqasə məryəm

 

Əməkdar artist Elnarə Abdullayeva da həyat yoldaşından 4 yaş böyükdür.

Картинки по запросу elnarə Abdullayeva

Müğənni Natavan Həbibi ikinci dəfə barışdığı həyat yoldaşı Dadodan 6 yaş böyükdür. 

Картинки по запросу natavan həbibi

"Avroviziya" təmsilçimiz Səbinə Babayeva da həyat yoldaşından 6 yaş böyükdür.

O, vaxtilə teleməkanın ən baxımlı layihələrindən olan "Qəfəs"in iştirakçısı olmuş Cavidan Şərifovla ailə qurub.

Şərifov ixtisasca rejissordur. 

Картинки по запросу səbinə babayeva

Aktrisa Xuraman Əlizadə həyat yoldaşından 5 yaş böyükdür.

Картинки по запросу xuraman əlizadə

Aktrisa Tünzalə Əliyevanın da öz həyat yoldaşından 15 yaş böyük olduğu bilinir. 

Qeyd edək ki, dünyaca məşhur ulduzlardan Alla Puqaçova həyat yoldaşı Maksim Qalkidən 27 yaş, Türkiyəli müğənni Zerrin Özer həyat yoldaşından 27 yaş böyükdürlər.

Seda Sayan və Bülent Ersoy kimi məşhurlar da tez-tez yaşca özlərindən kiçik sevgililəri ilə gündəmə gələn xanım məşhurlar sırasındadırlar.


OXŞAR XƏBƏRLƏR

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...