Futbolda baş məşqçilər bir-birini söydü, ara qarışıdı - Azərbaycanda

Futbolda baş məşqçilər bir-birini söydü, ara qarışıdı - Azərbaycanda
 Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Sfera.az yeni sabh-a istinadla xəbər verir ki, toplantıda aşağı yaş qruplar üzə komandaların çempionatında baş verən hadisələrlə bağlı da qərarlar açıqlanıb. 

Belə ki, İntizam Komitəsi meydanda davaya qalxan və bir-birini təhqir edən baş məşqçiləri ağır şəkildə cəzalandırıb.

Sizi həmin qərarlarla tanış edirik:

29 sentyabr 2019-cu il, U-14 Liqasının, "Bahar Gİİ” (Beylaqan) – UGİM (Ağcabədi) matçında müvafiq olaraq komandaların baş məşqçiləri Xudaverdi Tumasov və Namiq Quliyevin bir-birilərinə təhqiramiz ifadələr işlətdiyinə görə hər iki məşqçi 3 oyun cəzalanıb (maddə 41.1).

06 oktyabr 2019-cu il, Bakcell U-17 Liqasının, "İsgəndər Cavadov BFA” – "Qarabağ” matçının 77-ci dəqiqəsində "İsgəndər Cavadov BFA” klubunun 25 №-li futbolçusu Əmrah İbadov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. 

05 oktyabr 2019-cu il, Coca-Cola U-13 Liqasının, "Keşlə” – "Zirə” matçının 45-ci dəqiqəsində "Keşlə” klubunun baş məşqçisi Xəyyam Bəkirov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb (maddə 41.4).

"İsgəndər Cavadov BFA” klubunun baş məşqçisi Elşən Ələskərov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb (maddə 41.4).

05 oktyabr 2019-cu il, U-13 Qızlar Liqasının, "Fidan” – "8 №-li RİOEUGİM” matçında "Fidan” komandasının məşqçisi Yavər Rəhimov rəqib komandanın futbolçusun təhqir etdiyinə görə 3 oyun cəzalanıb (maddə 41.1).

 


OXŞAR XƏBƏRLƏR