\"Zirə\" Samir Abasovu komandadan göndərdi

\
 

"Zirə” rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib. 

Sfera.az bildirir ki,  görüş zamanı "Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

"Zirə” PFK Samir Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır. (APA)


OXŞAR XƏBƏRLƏR