Azərbaycan 5G texnologiyasına keçir - Tarix açıqlandı

Azərbaycan 5G texnologiyasına keçir - Tarix açıqlandı
 

2025-ci ilə qədər MDB ölkələrində 5-ci nəsil kabelsiz mobil texnologiyaya (5G) qoşulanların sayı 54 milyon, mobil rabitə operatorlarının bu sahəyə yatırımları isə 27,3 milyard ABŞ dolları təşkil edəcək.

Sfera.az xəbər verir ki, bu barədə Mobil Rabitə Sistemlərinin Qlobal Assosiasiyasının (GSMA) "Mobil iqtisadiyyat: Rusiya və MDB 2019” adlı araşdırmasında bildirilir. 

Sənəddə qeyd olunur ki, yaxın 6 il ərzində 5G şəbəkəsinə qoşulmaların 13%-i adıçəkilən ölkələrin payına düşəcək. Bundan başqa, qarşıdakı 15 il ərzində MDB ölkələrinin iqtisadiyyatı 5G texnologiyaları hesabına 34 milyard dollar gəlir əldə edəcək. 

MDB ölkələri arasında 5G texnologiyasını 2020-ci ildən Belarus və Rusiyanın, 2021-ci ildə Qazaxıstanın, 2022-ci ildə isə Azərbaycanın tətbiq edəcəyi bildirilir. 

Bundan başqa, araşdırma müəllifləri hesab edir ki, 2025-ci ilə qədər MDB ölkələrində 4G texnologiyasına qoşulanların sayı 292 milyon olacaq. 2018-ci ildə bu rəqəm 101 milyon olub. 

2025-ci ildə MDB ölkələrində smartfon qoşulmalarının 330 milyondan artıq olacağı, bütövlükdə qoşulmaların 77%-ni (2018-ci ildə 57% olub) smartfonların payına düşəcəyi ehtimal olunur. Araşdırma müəlliflərinə görə, həmin vaxt əşyaların internetindən əldə ediləcək gəlir 26 milyard dollara çatacaq, mobil əşyalar internetinə qoşulmalar isə 3 dəfədən çox artaraq 87 milyon dollar təşkil edəcək. Buna səbəb kimi "ağıllı şəhər”lərə, "ağıllı kommunal xidmətlər”ə marağın artması göstərilir. (report)


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...