Erməni türkü boğaraq öldürmək istədi, məsələyə bizim şou əhli də “qarışdı” - Video

Erməni türkü boğaraq öldürmək istədi, məsələyə bizim şou əhli də “qarışdı” - Video
 

Erməni MMA döyüşçüsü Rafael Abrahamyan rinqdə türkiyəli rəqibi Batuhan Akdumanı boğaraq öldürmək istəyib.

Belə ki, Rusiyanın Samara şəhərində keçirilən görüşdə erməni idmançı Akdumanı boğma fəndi ilə məğlub edir. Türk MMA döyüşçüsü əlini rinqə vuraraq təslim olduğunu bildirsə də, Abrahamyan boğma fəndini dayandırmayıb. Hakim də buna mane ola bilməyib. Akduman rinqdə huşunu itirib və təcili yardım köməyinə ehtiyac duyub.

Sfera.az yeni.sabah-a istinadla xəbər verir ki, azərbaycanlı şou-biznes əhli də məsələyə münasibət bildirib.

Əməkdar artist Gülbahar Şükürlü bu fikirləri qeyd edib: "Vay, necə əsəbiləşdim. Əllərin qurusun, əclaf. Allah bəlanızı versin. Başım necə ağrıdı ee, çox pis oldum”.

Aktyor Rəşat Kəsəmənli də məsələyə səssiz qalmayıb: "Baxın, mən deyəndə ki, bəzən kinli olmaq lazımdı, deyirlər, yox, kinlilik yaxşı xasiyyət deyil. Baxın, indi bunu görüb necə kinli olmayasan? "İdmanda düşmənçilik olmaz" deyənlər açın gözlərinizi yaxşı baxın. Görün ermənilər də sizin kimi düşünürmü? Bunlarla harada, hansı şəraitdə qarşılşmağa baxmayaraq, elə düşmən kimi baxmaq lazımdı. Kin saxlayıb nə vaxtsa hansısa türk və yaxud bizim idmançı bu şərəfsizlə qarşılaşsa, meyitindən də əl çəkməsin!”

Gənc ifaçı Nicat da ermənilərə dəstək olan türk müğənniləri qınayıb: "Ermənilərə dəstək olan türklərin müğənniləri görsünlər bunu. Bilsinlər ki, dəstək verdikleri bax belələridir”. 



OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...