Övladının boğazını kəsən ata saxlanıldı – YENİLƏNİB

Övladının boğazını kəsən ata saxlanıldı – YENİLƏNİB
Beyləqan rayonunda 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata saxlanılıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov tutularaq rayon prokurorluğuna gətirilib.
Qeyd edək ki, Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
Faktla bağlı Beyləqan rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
12:00
Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda dəhşətli qətl hadisəsi baş verib. 
Oxu.Az xəbər verir ki, rayonun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək öldürüb.
Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
Yuxarı Kəbirli kəndinin bələdiyyə sədri Tofiq Məmmədov AzVision.az-a açıqlamasında qətli dörədən Zahid İsgəndərovun hadisə baş verən zaman içkili olduğunu deyib.
"Hadisə gecə saatlarında baş verib. Çox dəhşətli hadisədir. Bütün kənd şok içindədir. Övladını vəhşicəsinə öldürən Zahid kənddə usta işləyirdi.
O, suvaq, hörgü işləri ilə məşğul olurdu. Gecə səhərə qədər onun axtarışları aparılıb. Hələ ki, Zahidi tapmaq mümkün olmayıb”.
T.Məmmədovun sözlərinə görə, Z.İsgəndərov övladını ona məxsus pay torpağına apararaq orada qətlə yetirib:
 "Ümid birinci sinifdə oxuyurdu. Çox ağıllı, çevik uşaq idi. Zahid Ümidin boğazını bıçaq sümüyə dirənənə qədər kəsib. O, evin böyük uşağı idi. Hadisə baş verən zaman Ümidin anası evdə olmayıb, rayona atası evinə gedibmiş. 
Heç kim hadisənin səbəbini bilmir. Bütün kənd Zahidi lənətləyir. İnsan nə qədər qaniçən olmalıdır ki, 6 yaşlı usağı vəhşicəsinə öldürsün. Zahid içkili olanda özünü idarə edə bilmirdi.
Ola bilsin ki, uşaq onun sözünə baxmayıb, ya da nəsə söz deyib, ona görə də öldürüb. Hazırda polis əməkdaşları onu axtarırlar.
Yəqin ki, tapılandan sonra cinayəti hansı səbəbə törətdiyini etiraf edəcək”.




09:45
Beyləqanda dəhşətli qətl törədilib. 
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. 
Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
Faktla bağlı Beyləqan rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR