BNA-ya “Allah bəlanızı versin!” deyən aparıcı Xəzər TV-dən uzaqlaşdırılıb? - AÇIQLAMA

BNA-ya “Allah bəlanızı versin!” deyən aparıcı Xəzər TV-dən uzaqlaşdırılıb? - AÇIQLAMA
 Aparıcı Zümrüd Bədəlova Bakı Nəqliyyat Agentliyini tənqid edib. Buna zəmin yaradan isə onun idarə etdiyi avtomobilin saxladığı yerdən aparılmasıdır. Zümrüd hadisədən sonra sosial media hesabında quruma qarğış dolu status yazıb: 

"Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar? Duxunuz çatırdı qabağındakı bahalı maşını da aparardınız. Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA – qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər!”.


Sfera.az  criminal.az-a istinadən xəbər verir ki, Z.Bədəlova yazdığı tənqidi statusa görə artıq Xəzər TV-dən uzaqlaşdırılıb. Özünü aparıcının köməkçisi kimi təqdim edən şəxs isə açıqlama vermək istəmədi:  

"Mən məsləhət bilmirəm Zümrüd xanım sizinlə danışsın…”.

 
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mayis Ağayev aparıcı Zümrüd Bədəlovanın ittihamına cavab verib:

"Xahiş edirəm bilmədən ittiham etməyək. Əvvəlcə onu qeyd edim ki, adıçəkilən qadın bizi tənqid yox təhqir edib. Biz tənqidə açıq olmuşuq və bu belə də olacaq. Amma təhqir etmək olmaz. Həm də qeyri-etik ifadələrlə, qarğışla... Bu şəxs nəqliyyat vasitəsini Əziz Əliyev küçəsində saxlayıb hərəkətə maneə yaradıb. Təxliyə zamanı nəqliyyat vasitələri bir-bir aparılır. Hələ bir neçə avtomobili eyni anda daşımaq mümkün deyil. Digər yandan, bu qadın təkcə bir ayda 12 dəfə qayda pozub".

Xatırladaq ki, Z.Bədəlovanın tənqidi statusu ilə bağlı yazılmış bütün məqalələr artıq saytlardan sildirilib.

OXŞAR XƏBƏRLƏR

Raket buraxılışları ozon qatını zədələyir – Alimlərdən ciddi xəbərdarlıq

Sürətlə inkişaf edən kosmos sənayesi Yer kürəsinin ekoloji tarazlığına yeni bir təhlükə yaradıb. Alimlər xəbərdarlıq edir ki, artan raket buraxılışları və orbit...

Ərdoğan: AB dərhal addım atmalıdır!

Türkiyə AB-dən onun avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezi...

Brilliant Dadaşova həyat yoldaşı və oğlunun görüntülərini yayımladı – VİDEO

  Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram teatrının rəhbəri Ədalət Hacıyev və oğulları Cahadla bağlı paylaşım edib. Sfera.az x...

Nərmin Salmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.   Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata gör...

Hindistanda yağışlar 125 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.   ...

İran ABŞ ilə danışıqlar aparmayacaq - XİN

İran hazırkı vəziyyətdə nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.   ...