23 yaşlı futbolçu terasdan yıxılıb, öldü - FOTO

20:08 / 07.10.2019
2778
23 yaşlı futbolçu terasdan yıxılıb, ölüb.
Sfera.az-ın məlumatına görə, milli.az xarici mətbuata istinadla xəbər verir ki, argentinalı futbolçu, 23 yaşlı Ezequiel Esperon dostları ilə birlikdə partidə əylənərkən 6-cı mərtəbədə yerləşən terasdan yıxılıb.
Ağır yaralı vəziyyətdə Buenos Ayresdəki "Zubizarreta" xəstəxanasına çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə bazar günü gecə saat 3-də, Buenos Ayresin Villa Devoto səmtində yerləşən 6 mərtəbəli binada baş verib.
Qeyd edək ki, o, Buenos Ayresin "All Boys" klubunun futbolçusu idi. Esperon bundan əvvəl "Atlante de Mexico" klubunda da çıxış edib.