İnstitutda yeni “Qaynar xətt”

İnstitutda yeni “Qaynar xətt”
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Qaynar xətt”in yaradılması üçün köməklik göstərib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, nazirlik tərəfindən nömrə resursu ayrılıb və zəruri avadanlıqlar quraşdırılıb. 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən 1657 nömrəli "Qaynar xətt”lə bağlı bütün texniki məsələləri RYTN-in mütəxəssisləri, proqram mühəndisləri həll edəcək. Eyni zamanda, instituta bu xidmətləri göstərmək üçün kompüter dəsti də təqdim olunub. 
Qısa vaxtda sınaq zənglərinin qəbuluna başlanılacaq. Sınaq zəngləri təxminən martın əvvəllərinə qədər davam edəcək. Bu müddət ərzində dilçi mütəxəssislər irad və təklifləri qeydə alacaq, sualları cavablandıracaq. 
Məlumat üçün bildirək ki, "Qaynar xətt” "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələbinə uyğun olaraq yaradılıb. Vətəndaşlar bu nömrəyə zəng vurmaqla dil qüsurları barədə məlumat verə və Azərbaycan dili ilə bağlı onları maraqlandıran suallara cavab ala bilərlər.

OXŞAR XƏBƏRLƏR

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...

Tokayev Azərbaycana təşəkkür etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.   Bu b...