Bakıda qəza olub, 11 nəfər yaralanıb

Hadisə
10:10 / 07.10.2019
1515
Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) avtoqəza baş verib.
Səhiyyə Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur.