Sumqayıtda restoran yanıb

Hadisə
13:45 / 05.10.2019
2913
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranın mətbəxində 2 ədəd məişət avadanlığı və mebel 6 m² sahədə qismən yanıb.
Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.