Şəkidə qadın özünü bıçaqladı

Hadisə
10:50 / 05.10.2019
1358
Şəki sakini ehtiyatsızlıqdan özünü bıçaqlayıb.
Sfera.az report-a istinadən xəbər verir ki, səhər saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubova daxil olub.
Müayinə zamanı 34 yaşlı Gülşən Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. G.Yusubovanın dediyinə görə, o, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq isə bədəninə batıb.
Faktla bağlı araşdırma aparılır.