Bakıda qonşular arasında dava olub, bıçaqlanan var

Hadisə
10:22 / 05.10.2019
1319
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az-ın APA-ya istinadla məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydəa lınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Mikayıl Babayev sərxoş vəziyyətdə qonşusu, 1947-ci il təvəllüdlü Teymur Babayevi bıçaqlayıb.
T. Babayev xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən M. Babayev tutulub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır.