“İslahatçı Gənclər” Ukrayna universitetlərində Azərbaycanla bağlı təqdimatlar edib-FOTOLAR

“İslahatçı Gənclər” Ukrayna universitetlərində Azərbaycanla bağlı təqdimatlar edib-FOTOLAR
 

"İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Ukraynanın Tavrida Milli Universiteti və Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində tələbələr üçün "Odlar Yurdu – Azərbaycan” adlı təqdimat keçirilib. 100-dən çox ukraynalı tələbənin iştirak etdiyi təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, müasir inkişaf modeli haqqında məlumatlar verilib, ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilib.

İctimai Birliyin sədri Fərid Şahbazlı tələbələrlə görüşdə Azərbaycanla Ukrayna arasında tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinə diqqət çəkərək, iki ölkənin bütün beynəlxalq platformalarda bir-birini dəstəklədiyini söyləyib. O, Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edərək, Azərbaycanla Ukrayna arasında gənclər və tələbələrlə iş sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib.

İki universitetin tələbələri arasında Azərbaycanla bağlı videomüsabiqə elan olunub. Ukrayna dilində ölkəmizlə bağlı çəkiləcək ən maraqlı videosüjetin müəlliflərinin Azərbaycana səfəri təşkil olunacaq.

Sonda Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin dekan müavini Daria Likarçuka Azərbaycan-Ukrayna tarixi dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə fəxri diplom təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsin...

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Yeni hakimlər kollektivə təqdim olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk,...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...