Molla işləmək istəyənlərin nəzərinə!

Molla işləmək istəyənlərin nəzərinə!
Azərbaycanda məscidlər üçün dini kadrların hazırlanması məqsədilə xüsusi hazırlıq kursları təşkil olunacaq. Bununla bağlı təşəbbüsü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə irəli sürüb.
xəbər verir ki, bu barədə "Report”a QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli məlumat verib.
O bildirib ki, məscidlərdə axundluq və imamlıq etmək üçün dini kadrlara ehtiyac böyükdür və bu təşəbbüs də buradan doğub: 
"İstəyirik ki, məscidlərimizə xaricdən olan təsirlərlə oturub-duranlar deyil, öz yetişdirdiyimiz kadrlar rəhbərlik etsin”.
QMİ sədrinin müavini vurğulayıb ki, xüsusi kurslarda tədrisin 5 ilə qədər davam etməsi mümkündür.
Onun sözlərinə görə, dini kadrları bir neçə ilə hazırlamaq mümkün deyil: 
"12, hətta 20 il dini sahədə təhsil alan QMİ sədrlərimiz, bu sahədə çalışan insanlarımız olub. Təşkil olunacaq kurslar elə-belə kurs olmayacaq. Xüsusi təhsil vermək nəzərdə tutulur və ancaq məscidlər üçün kadrlar hazırlanacaq. Çünki Bakı İslam Universitetindən gələn məzunların bir qismi məscidlərə, bir qismi elmi müəssisələrə işə gedir. Məzunların bir qismi qızlar olur ki, onlar da məscidlərdə işləmir".
S.Həsənli onu da qeyd edib ki, Azərbaycanda bu gün 1500-dən çox məscid imamsız və axundsuzdur:
"Elə seçim aparmalıyıq ki, onların sayını stabilləşdirə, balans yarada bilək. Elə il olur ki, gələn tələbələrin 90 faizi ya şiə, ya da sünni olur. Bu isə Azərbaycanın xeyrinə deyil. Çünki 1500 məscidi təmin etmək üçün bizə həm sünni, həm də şiə təriqətindən olan din xadimləri lazımdır”. 

OXŞAR XƏBƏRLƏR

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...