Nigeriyalı futbolçu infarktdan öldü

Nigeriyalı futbolçu infarktdan öldü

Nigeriya millisinin sabiq futbolçusu İsak Promise dünyasını dəyişib.

Sfera.az "ölkə.az"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun infarktdan öldüyü bildirilir.

Qeyd edək ki, Promise əsasən Türkiyə klublarında - "Gənclər birliyi", "Trabzonspor", "Antalyaspor", "Manisaspor"da çıxış edib. Onun son klubu ABŞ 2-ci liqa təmsilçisi "Austin Bold" olub.


OXŞAR XƏBƏRLƏR