“Porsche”yə gücləri çatmır, mənim maşınımı aparıblar”

“Porsche”yə gücləri çatmır, mənim maşınımı aparıblar”

Tanınmış aparıcı Zümrüd Bədəlovanın başına iş gəlib.

Sfera.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayətlənən aparıcı qafqazinfo-ya açıqlamasında bildirib ki, maşını xəbərdarlıq edilmədən cərimə meydançasına aparılıb:

"Avtomobilimi Əziz Əliyev küçəsində saxlamışdım. Özüm isə salonda idim. İki həftədir maşınımı orada saxlayıram, bununla bağlı mənə irad bildirən olmayıb. Məkandan çıxarkən maşını görmədim. Ətrafında onlarla maşın var idi, heç birinə dəyməyiblər. Yəqin ki, baxıb görüblər ən ucuzu budur, nömrəsi də kredit nömrəsidir. Ona görə də, mənimkini aparıblar. "Porsche"yə filan gücləri çatmayıb.

Heç olmaya xəbərdarlıq etsinlər. Mən maşını tapmaq üçün bütün cərimə meydançalarını gəzməliyəm? Bu nə özbaşınalıqdır? Məni də görən kimi deyirlər ki, biz sizi tanıyırıq. 20 manat cəriməmi verib çıxdım. Maşınımı Qış parkının yanındakı cərimə meydançasına aparıblar. Çəkilişə, işə gecikdim".


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...