Sən oyna, “Qarabağ”

Sən oyna, “Qarabağ”
 Sfera.az xəbər verir ki, "Komanda.az" saytının baş redaktoru Rəşad Ergün öz saytında "Sən oyna, "Qarabağ” adlı məqalə dərc edib. Həmin məqaləni oxucularımıza təqdim edirik:
 

"Azərbaycanın ən gözəl şəhərlərini, rayonlarını, kəndlərini işğal etmiş Ermənistanın prezidenti Nikol Paşinyan gah Qarabağda yallı gedir, gah da Rusiya, İran rəhbərləri ilə görüşdə 32 dişini də göstərərək, bizə acıq verir.

Siyasət axmaq oyundur, siyasətçilər də dünyanın ən qeyri-səmimi insanları.

Amma sən oyna, "Qarabağ”, siyasətdən də, Qarabağsızlıqdan da bezmiş insanlar üçün oyna.

Bizim uşaqlıq illərimizdə hər axşam ağ və qaradan başqa rəng tanımayan televizorun qarşısına yığışıb, "Bu gün Xankəndini, Laçını, Kəlbəcəri… itirdik” xəbərlərini izləmək var idi. Bizim uşaqlıq illərimizdə itkin düşən Qarabağ haqda ancaq dünyanın ən qeyri-səmimi insanları olan siyasətçilərin boş-boş açıqlamalarında xəbər tutan bir, yox, yox, bir neçə nəsil yetişdi.

Sən oyna, "Qarabağ”, Qarabağı uşaqlıq illərində itirənlər üçün də, Qarabağın adını daşıyan restoranlarda, kafelərdə rumka rumkaya vurub, "bunu da içəhhh qeyrətti oğlanların sağlığına” deyənlər üçün də.

Şuşadan, Xocalıdan, Zəngilandan, Kəlbəcərdən, Laçından qaçıb gələn əmilər, dayılar, xalalar, bibilər var idi. Daha yaşlı olanları dünyasını dəyişdi, qaçarkən yaşı az olanlar indi ölümə doğru qaçır.

Sən oyna, "Qarabağ”, son arzusu "kaş Şuşada, Xocalıda, Kəlbəcərdə, Laçında dəfn olunaydım” olub, Xırdalan qəbiristanlığında basdırılanlar üçün oyna.

Qarabağ müharibəsində əlini, ayağını, atasını, əmisini, dayısını itirənlər oldu. Müharibə dayandı, aradan bir az zaman keçdi, ortaya vicdanını, ləyaqətini itirənlər çıxdı.

Sən oyna, "Qarabağ”, Qarabağa görə cismən qurban verənlər üçün də, Qarabağı alver "toçka”sına çevirib, maddi olaraq qazanıb, mənəviyyatını itirənlər üçün də oyna.

Daha Qarabağa aid mahnılar da bəstələnmir, replər səsləndirilmir, şeirlər yazılımır. Daha "Ya Qarabağ, ya ölüm”ə qulaq asan da yoxdur. İndi biz sabiq nəqliyyat naziri Ziya Məmmədovun, Elza Seyidcahanın gic-gic şeirləri ilə əylənirik.

Sən oyna, "Qarabağ”, Qarabağsız Azərbaycan üçün oyna, ölümünə oyna".



OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...