Körpə qızı ölən məşhur azərbaycanlı müğənni İNTİHAR ETMƏK İSTƏYİB - VİDEO - FOTO

Bir zamanların məşhur müğənnisi Şamo İsayev "Şou ATV"nin efirində həyatının ən ağrılı-acılı hadisəsindən danışıb.
Sfera.az milli.az-a istinadla xəbər verir ki, sənətçi 1 yaşlı qızının ölüm hadisəsindən sonra özünü öldürmək istədiyini etiraf edib. O, bu faciədən sonra özünün də xəstəlik tapdığını bildirib.
Şamo İsayev həmin günü belə xatırlayır:
"Qardaşım əsgərlikdən gəlmişdi. Sevinə-sevinə kəndə getdik. İkinci qızımın 1 yaşı var idi. Adı Günel idi. Onun adına Ağadadaş da mahnı oxumuşdu. Qardaşım əsgərlikdən gəldiyi üçün getdik ora. Uşaqda bir balaca soyuqdəymə var idi. İnanırsan, bir gecənin içində hava yağışlı, boranlı, tufanlı havaya çöndü. Bir gecənin içində biz uşağı itirdik".
Qeyd edək ki, bir müddət öncə Ş.İsayevin səhhətində ciddi problem yaranmışdı. O, Almaniyada müalicə olunurdu.
Körpə balasının yoxluğuna dözə bilməyən sənətçinin ətraflı açıqlaması videoda: