"Qarabağ"ın rəsmisinə yüksək vəzifə verildi

Cəmiyyət
10:20 / 03.10.2019
1253
"Qarabağ" klubunun baş meneceri Asif Əsgərov Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.
Sfera.az bildirir ki, bu barədə klubun rəsmi səhifəsində deyilir.
Qeyd olunur ki, baş menecer "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək. Asif Əsgərov bu qrupda "Tottenham", "Arsenal", "Ayaks", "Zalsburq", "Yuventus", "Barselona" və "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.
Qeyd edək ki, A.Əsgərov iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində ilk və yeganədir.