Fuad Abbasov bu kanalda veriliş aparacaq

Fuad Abbasov bu kanalda veriliş aparacaq
 

Tanınmış jurnalist Fuad Abbasov Azərbaycanda özəl televiziyalardan birində fəaliyyətə başlayıb.

Sfera.az unikal.org-a istinadən bildirir ki, Fuad Abbasov Xəzər Televiziyasında yeni layihə ilə tamaşaçıların önünə çıxacaq. Onun tok-şou verilişi aparacağı bildirilir. Veriliş oktyabr ayından etibarən efirdə olacaq.

Qeyd edək ki, azərbaycanlı jurnalist Fuad Abbasov bir neçə müddət öncə Moskvada  həbs edilmişdi.  Sonra isə o, Azərbaycana deportasiya edilmişdi.


OXŞAR XƏBƏRLƏR