Bakıda oteldə yanğın - 10 turist xilas edildi

Hadisə
14:16 / 02.10.2019
1707
Bakıda oteldə yanğın qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a məlumat verilib.
Verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda "Emerald suite” hotelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.
Bina yanğından mühafizə olunub.
Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.