Paytaxtda yerləşən bazarda yanğın olub

Dünya
11:40 / 02.10.2019
808
Gürcüstanın paytaxtı Tbilisi şəhərində dəmir yolu vağzalı stansiyası yaxınlığında yanğın baş verib.
Sfera.az bildirir ki, yanğın Tsabadze küçəsində, "Terqi” bazarı ərazisində qeydə alınıb.
Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub.
Yanğının söndürülməsinə əlavə qüvvələr də göndərilib.
Qeyd edək ki, ötən ilin fevral ayında "Terqi” bazarında güclü yanğın olub. Nəticədə 3 min kvadrat metr sahə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. (report)