Samuxda partlayış olub, xəsarət alanlar var

Hadisə
15:17 / 01.10.2019
1604
Samuxda qaz balonunun partlaması nəticəsində iki nəfər yanıq xəsarəti alıb.
Sfera.az bildirir ki, hadisə rayonun Salahlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Şahbaz İlyas oğlu Abbasov qaz balonunu düzəldən zaman partlayış baş verib. Nəticədə onun bütün bədəni yanıb. Ş. Abbasovun qardaşının həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı isə yuxarı ətrafın yanığı xəsarətini alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Ş. Abbasovun vəziyyəti ağırdır, qadın isə şokdadır.
Faktla bağlı araşdırma aparılır. (apa)