"Anası ilə birlikdə içəndən sonra yenə məni..." - 2 aydır yoxa çıxan gəlindən ŞOK açıqlamalar - VİDEO

İki aydır yoxa çıxan 2 ayın gəlini Məmmədli Mujgan Salman qızı Bərdədə tapılıb.


BAKU.WS 
xəbər verir ki, qaynananın evindən yoxa çıxan Müjganın anası "Səni axtarıram" proqramına gələrək qızının tapılması üçün kömək istəmişdi.

Əri və qayınanası tərəfindən şiddətə məruz qaldığı üçün evdən qaçdığını deyən Müjgan bu iki ay ərzində Gəncədə, Yevlaxda, Bərdədə yaşayıb. O, bu müddət ərzində kirayələdiyi günlük evlərdə qalıb.

Dəfələrlə ata evinə getsə də, ailəsinin ona sahib çıxmadığını deyən Müjgan qaçmaqdan başqa çarə görmədiyini deyib:

"Anamın qapısına 4 dəfə getmişdim, qəbul etmədi. Dedi ki, get otur, dolan. Bir uşağın olsun, düzələcək. Atam Rusiyadadı, zəng vurub, ona da dedim. Məcbur olub, qaçdım".

Gənc qadının ər evində yaşadıqları hər kəsi dəhşətə gətirib. O, həyat yoldaşının qayınanası və qayınatası ilə birlikdə pivə içib, hər gün onu döydüyünü danışıb:

 
"Hər gün oturub bir yerdə pivə içirdilər. Həyat yoldaşım pivədən sonra bağda gizlətdiyi arağı içib daha da sərxoş olurdu. Gəlib məni döyürdü. Deyirdim ki, bunu niyə içirdizdiz, içib məni döyür axı. Qayınanam qayıdıb deyirdi ki, 3 nəfərə 2 litr pivə içmişik də, onunla adam "piyan" olur? Allaha and olsun, qayınanam da içirdi. İçib dəli olurdu, evi dağıdıb tökürdü.

Axırıncı dəfə anası ilə birlikdə içəndən sonra yenə məni möhkəm döydü. Çölə qaçmaq istəyəndə anası evə salıb döydü. Gecəni qapıdakı dəmir pilləkənlərdə keçirtdim. Səhəri günü əmisigilə getdim, oradan da baş götürüb getdim. Hər dəfə əni döyəndə gecəni ya tövlədə, ya da pilləkənlərdə keçirtmişəm". 

Xatırladaq ki, ana Müjganın qayınanası tərəfindən şiddətə, işgəncələrə məruz qaldığını və evdən məhz bu üzdən qaçdığıın iddia edirdi:

"20 günlüyündə qayınanası döymüşdü. Boğazındakı xəsarət izinin şəklini çəkib mənə göndərmişdi. Yazdı ki, sənə dedim məni bunlara vermə.
Yiyəlik etmirsənsə, bezmisinizsə, apar məni dəlixanaya qoy. Günah məndədir, gərək qızıma sahib çıxaydım".

Müjgan evdən qaçarkən özüylə götürdüyü qızıları bu 2 ay ərzində satıb dolandığını bildirib. Qayınanasının iddia etdiyi 1500 manatdan xəbərsiz olduğunu deyib.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...

DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə...

Bu şəxslərə pulsuz ev veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən ...

"Yoldaş Putin, İstanbula gedin" -Braziliya Prezidenti

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putini Ukrayna Prezidenti Volodimir Zelenski ilə İstanbulda danışıqlar masasına əyləşməyə ...