Paytaxt təmsilçisi baş məşqçisini istefaya göndərdi

İdman
15:28 / 30.09.2019
1207
Rusiyanın "Spartak" klubu Premyer Liqada ardıcıl 4 məğlubiyyətdən sonra baş məşqçi Oleq Kononovla yolları ayırıb.
Sfera.az bildirir ki, paytaxt təmsilçisi 11-ci turda evdə "Orenburq"a 1:2 hesablı məğlubiyyətdən sonra 53 yaşlı mütəxəssisi istefaya göndərib.
Rusiyalı mütəxəssis 2018-ci ildən Moskva təmsilçisini çalışdırırdı.