Lüt qızların videosunu yayandan yeni xəbər var - Video

Lüt qızların videosunu yayandan yeni xəbər var - Video

Müğənni Ramal İsrafilovun üç qızın lüt videosunu yaymaqda təqsirli bilinən qardaşı Valeh İsrafilov uzun müddətdən sonra ilk dəfə efirə çıxıb.

Sfera.az axsam.az-a istinadən xəbr verir ki, o, qardaşları və atası ilə birlikdə "Zaurla Günaydın" proqramına qonaq olub. Veriliş zamanı qardaşı uşaqları ilə küsülü olan Xalq artisti Mələkxanım Əyyubova da zəng edib. Xanəndə və ifaçılar canlı yayımda barışıblar.

Əyyubova qardaşı uşaqlarının bir səhv etdiyini söyləyib:

"Bizim nəslimiz gözəl olub hər zaman. Uşaqlar gəncdir, mən də onlara nəzarəti əsirgəməmişəm. Onlar el içindədir, hər şeyə məsuliyyətli yanaşmalıyıq. Hər ailədə söz-söhbət olur. Allah şeytana lənət eləsin, pis insanların şərindən qorusun. Çox səbirsiz oldum, heç nəyi aydınlaşdırmadım. Səs-küyə getdim, heç nəyi dəqiqləşdirmədim. Onlar mənim balalarımdır. Qınaq etməyə nə var ki... Hər kəs dönüb özünə də baxsın.

Bu gün Zaur hər şeyə son qoydu. Onlar bir daha belə səhvlər etməyəcəklər. Məsuliyyətli olmaq lazımdır. Onlar mənim qardaşımın balalarıdır. Amma müğənnidirlər, xalqın adından çıxıb oxuyurlar. Ona görə də diqqətli olmalıdırlar".

Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Üç qızın lüt rəqs edərkən çəkilən videosunu yayanlar arasında Valeh İsrafilov da yer alıb.

 



OXŞAR XƏBƏRLƏR

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...

DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə...

Bu şəxslərə pulsuz ev veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən ...

"Yoldaş Putin, İstanbula gedin" -Braziliya Prezidenti

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putini Ukrayna Prezidenti Volodimir Zelenski ilə İstanbulda danışıqlar masasına əyləşməyə ...