"Düdelanj" - "Qarabağ" matçının hakimləri bəlli olub

 

"Qarabağ"ın Lüksemburqda "Dudelanj"la keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı üçün bütün təyinatlar açıqlanıb. 

Sfera.az bildirir ki,  qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Baş hakim Con Bitona Daniel Makfarlan və Duqlas Potter yan xətt, Donald Robertson isə dördüncü hakim qismində yardımçı olacaq. 

Norveçli Yon Eylif Skyervold hakim-inspektor, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. 

Biton 2016/2017 mövsümündə də "Qarabağ"ın matçına təyinat alıb. O, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gəldiyi görüşün baş hakimi olub. Şotlandiyalı referi, həmçinin iyunun 11-də Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduğu oyunu da idarə edib. 

Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq "Düdelanj" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...