Kaxaber Sxadadze Azərbaycana qayıdır? – AÇIQLAMA

İdman
12:50 / 30.09.2019
1410
Bakı "İnter"inin (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Sxadadzenin Azərbaycan klublarından birini çalışdıracağı ilə bağlı xəbərlər yayılıb.
Sfera.az xəbər verir ki, hazırda "Ordabasi" (Qazaxıstan) klubunun baş məşqçisi olan gürcüstanlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Azərbaycana qayıdacağı ilə bağlı iddiaları yalanlayıb. O, "Azərbaycandan hər hansı bir komandaya rəhbərlik edə biləcəyiniz barədə xəbərlər həqiqəti əks etdirirmi" sualına "Mən heç kimlə danışıq aparmıram" - deyə cavab verib.
Qeyd edək ki, Kaxaber Sxadadze 2009-2015-ci illərdə "İnter"də baş məşqçi postunda çalışıb.