Bakıda dəhşətli qəza: "Kamaz" 44 yaşlı qadının üstündən keçdi

Bakıda dəhşətli qəza:
Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şossesində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman "KamAz" markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR