Ölkənin cənubunda partlayış baş verib, xəsarət alanlar var

Dünya
13:00 / 28.09.2019
1868
Əfqanıstanın cənubundakı Qəndahar şəhərində səsvermə məntəqəsinin yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfərə yaxın insan xəsarət alıb.
Sfera.az xəbər verir ki, prezident seçkiləri çərçivəsində səsvermənin başlamasından bir saat sonra baş verən hadisədə yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Əfqanıstanda bu gün keçirilən prezident seçkilərində aralarında hazırkı dövlət başçısı Məhəmməd Əşrəf Qəni Əhmədzai və baş nazir Abdullah Abdullahın da olduğu 18 namizəd var. Yerli KİV-in məlumatına görə, qeydiyyatdan keçən seçicilərin sayı 9,6 milyondur. Səsvermənin keçirilməsi üçün nəzərdə tutulan 5373 məntəqədən 445-nin təhlükəsizliyinin təmin olunmaması üzündən açılmadığı bildirilir.