Bakıda çoxmərtəbəli yaşayış binası yanıb

Hadisə
12:45 / 28.09.2019
1979
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 m² sahədə mebel və 2 ədəd məişət texnikası yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.