Məktəbliləri daşıyan avtobus aşıb, 2 şagird ölüb, 7 nəfər yaralanıb

Dünya
16:48 / 27.09.2019
1424
Türkiyənin Hakkari əyalətinin Derecik rayonunda məktəbliləri daşıyan xidməti avtobusun aşması nəticəsində 2 şagird ölüb, 7 nəfər yaralanıb.
Sfera.az bildirir ki, hadisə nəticəsində sürücü də xəsarət alıb.
Bildirilib ki, sürücü və 6 yaralı məktəbli Şemdinlidəki dövlət xəstəxanasına yerləşdirilib.