Xəstə qadın ərinin pintiliyindən öldü

Xəstə qadın ərinin pintiliyindən öldü

67 yaşlı ingilis Riçard Uollax xərçəng xəstəliyinə tutulmuş həyat yoldaşını dəhşətli vəziyyətdə saxlayaraq, ölümünə səbəb olub.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Liverpool Echo" məlumat yayıb.

Uollax həyat yoldaşı ilə Liverpulda yaşayıb. 2017-ci ildə o, yerli xəstəxanalardan birinə gələrək həyat yoldaşının özünü pis hiss elədiyini və yıxıldığını bildirib. O, evlərində telefon olmadığı üçün təcili yardıma zəng edə bilmədiyini söyləyib.

Evə gələn həkimlər xəstənin vəziyyətini görüb, dəhşətə gəliblər. Həkimlərin sözlərinə görə, bu, onların indiyə qədər gördüyü ən pis vəziyyətdir.

61 yaşlı Valeri Uollax zibillə dolu otaqda oturub. Həkimlər qeyd edib ki, qadının bədənində yaralar olub və sürfələr tapılıb. Xəstənin bədəni nəcis və sidiyə batıb, dərisi isə soyulub tökülüb.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, ancaq 19 gündən sonra ölüb. Ölüm səbəbi bədəndəki yaralardan inkişaf edən sepsis olub. Uollax süd vəzi xərçəngindən əziyyət çəkib, amma bu onun ölümünə səbəb olmayıb. Qadına, sadəcə, qayğı lazım olub.

 

Həkimlər kişiyə həyat yoldaşının öləcəyi ilə bağlı məlumat verdikdə o, tibb işçilərinə öz problemindən danışıb. Uollax həftələrdir, qəbizlikdən əziyyət çəkdiyini bildirib. 

Məhkəmədə kişi ittihamları rədd edib. Uollax evdəki qarışıqlığı xoşagəlməzliklə izah edib və həyat yoldaşının vəziyyətindən xəbəri olmadığını bildirib. Sentyabrən 26-da məhkəmə ingilisi səhlənkarlığa görə ölümə səbəb olmaqda günahlandırıb. Hökm verilənə qədər kişi arvadının öldüyü həmin otaqda yaşamağa davam edəcək.


OXŞAR XƏBƏRLƏR

"İstanbulda əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq” - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfinin döyüşlərdə həlak olmuş hərbçilərin cəsədlərini qəbul etmək məsələsində mövqeyini dəyişib-dəyişməyəcəyinin...

Süni intellekt psixoloji diaqnostikanı dəyişdirir

Son illərdə süni intellekt (AI) psixologiya sahəsində də sürətlə inkişaf edir. Xüsusilə psixoloji diaqnostika və müalicə metodlarında AI-nin tətbiqi insan zehni...

Şəmkirdə 59 yaşlı şəxsi elektrik öldürdü

Şəmkirdə 59 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.   ...

"Rusiya və Ukrayna danışıqları davam etdirməlidir" - Peskov

Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq.   Sfera.az Rus...

Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır

Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır.   Sfera.az Ermənistan mətb...

İran ABŞ-nin təklifini qəbul etmədi

Tehran ABŞ-nin təqdim etdiyi son nüvə təklifini “qəbuledilməz” hesab edir və yaxın günlərdə Oman vasitəsilə rəsmi Vaşinqtona yeni əks-təklif göndərə...