Baş Nazir: “Müharibə həll yolu deyil”

Baş Nazir: “Müharibə həll yolu deyil”
 

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Gürcüstan və Rusiya xarici işlər nazirləri arasında ötən gün baş tutan görüşə münasibət bildirib.

Sfera.az bildirir ki,  Baş Nazir deyib ki, bu görüş Gürcüstan və Rusiya arasında ən mürəkkəb problemlərin həllinə kömək edəcək.

Onun sözlərinə görə, ölkələr arasında mövcud olan problemin həllinin yeganə yolu tərəfdaş ölkələrlə yaxın əməkdaşlıqdır: "Aydındır ki, bu problemin yeganə həll yolu beynəlxalq qaydalar, beynəlxalq hüquq və bizim tərəfdaşlarımızla yaxın əməkdaşlıqdır. Bu gün biz anlayırıq ki, müharibə həll yolu deyil”.

 

Qeyd edək ki, ötən gün Nyu-Yorkda BMT Baş Assambleyasının  74-cü sessiyası çərçivəsində İsveçrənin təşəbbüsü və təşkilatçılığı ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Gürcüstan Xarici İşlər naziri David Zalkaliani arasında görüş baş tutub. Görüşdə əsas müzakirə mövzusu Gürcüstanın işğal edilmiş ərazilərindəki vəziyyət olub. Görüşdən sonra açıqlama verən D. Zalkaliani bildirib ki, S. Lavrovla görüş strateji tərəfdaşlarla məsləhətləşmədən sonra keçirilib. (apa)


OXŞAR XƏBƏRLƏR

Məşhur akstrisa rejissorla nişanlandı

Məşhur türkiyəli aktrisa İpek Karapınar rejissor Ali Balcı ilə nişanlanıb.   Sfera.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı xəbər yayıb.  ...

"İstanbulda əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq” - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfinin döyüşlərdə həlak olmuş hərbçilərin cəsədlərini qəbul etmək məsələsində mövqeyini dəyişib-dəyişməyəcəyinin...

Süni intellekt psixoloji diaqnostikanı dəyişdirir

Son illərdə süni intellekt (AI) psixologiya sahəsində də sürətlə inkişaf edir. Xüsusilə psixoloji diaqnostika və müalicə metodlarında AI-nin tətbiqi insan zehni...

Şəmkirdə 59 yaşlı şəxsi elektrik öldürdü

Şəmkirdə 59 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.   ...

"Rusiya və Ukrayna danışıqları davam etdirməlidir" - Peskov

Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq.   Sfera.az Rus...

Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır

Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır.   Sfera.az Ermənistan mətb...